ARB 24" VƏ BDU-nun birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramına start verilib

Bölmə: MEDİA › ,
Tarix: 16:39 02.05.2024

ARB 24" VƏ BDU-nun birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramına start verilib. İlk gündə telekanalın direktoru Radik İsmayılov tələbələrə xəbərin operativ təqdim olunması zamanı jurnalistlərin yol verə biləcəyi yanlışlıqlardan danışıb. O, təcrübələrini bölüşərək çətin situasiyalarda məlumatın dəqiqləşdirilməsi üçün hansı vacib addımların atılmalı olduğunu izah edib. 

 

3 ay davam edəcək məşğələlərə müsahibə mərhələsindən keçən 10 nəfər cəlb olunub. Onlardan 9-u 4-cü kurs bakalavr, 1-i isə magistratura tələbəsidir. 

 

İndiyədək keçirilən iki təlim proqramı zamanı 12 tələbə "ARB 24"də işlə təmin olunub. Layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Proqramı uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunur və iştirakçıların ən azı yarısı əmək müqaviləsi ilə rəsmi şəkildə işə götürülürlər.