Şizofreniya nədir? "Əlamətləri hər xəstə üçün fərqli şəkildə ortaya çıxa bilir"-Psixoloq AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 09:40 06.05.2024

"Şizofreniya sayıqlamalar, halüsinasiya, məntiqsiz nitq və ya katatonik davranışlar kimi əlamətlərlə xarakterizə edilən zehni pozuntudur".

 

Bu sözləri "informator.az"a açıqlamasında klinik psixoloq Lalə Ələkbərova deyib. O qeyd edib ki, şizofren xəstələrdə emosional rekasiyaların itməsi, ifrat dərəcədə etinatsızlıq və ya gündəlik həyatda gözə çarpan dərəcədə normadan xaric əlamətlərlə özünü göstərir:

 

"Xəstələr reallıq ilə xəyal arasında fərqi seçməkdə çətinlik çəkir. Gördükləri, eşitdikləri ya da yaşadıqları ilə bağlı səhv inanışlar yarada bilirlər. Sayıqlamalar: qulağıma səs gəldi, gözümə adam göründü, içimdəki səs mənə təlimatlar verir- nitq və emosional ifadədəki çətinliklər kəskin əlamətlər arasında yer alır. Həmçinin hər şeydən şüphə etmə kimi davranışlar göstərə bilir. Bu davranışlar, qorxu və panik kimi hallarda ortaya çıxır. Bu insanlar çox da şiddət tətbiq etməyə meyilli deyillər. Bu səbəblə cəmiyyət içində yaşamağa davam edə bilirlər. 

Aparılan beyin görüntüləmə metodları ilə beyində bəzi fərqliliklər gözə çarpmışdır. Beynin bəzi bölmələri kiçikdir. Beyindəki boşluqlar daha genişlənmişdir. Buna görə də şizofreniya xəstələrinin plan qurması, qərar verməsi, problemləri həll etməsi çətinləşir. Qarşılarındakı insanla da nə danışacağını bilməzlər.

Xəstəliyin yeni başlarında - prodrom deyilən dövründə çoxda nəzərə çarpmayan əlamətlərlə başlaya bilir və sakit bir şəkildə irəlləyir və ya ani bir şəkildə ortaya çıxa bilir. İlkin olaraq sosiallıqdan uzaqlaşma, dostlarından və digər aktivliklərdən soyuma, nitqdə azalma və qəribə maraq dairələri tapma kimi xüxusiyyətlər ola bilir".

 

Psixoloqun sözlərinə görə, şizofreniya əlamətləri hər xəstə üçün fərqli şəkillərdə ortaya çıxa bilir:

 

"Şizofreniya 3 ana kateqoriyaya ayrılır: Psixotiq əlamətlər, Neqativ əlamətlər və Koqnitiv əlamətlər.

Burada xəstənin dünyayı qavraması, reallığı itirirərək dünyanı fərqli dəyərləndirməsi, düşünmə və davranmada qeyri-adilik sərgiləyirlər. Hərəkət pozuntusunda bu insanlar anormal bədən hərəkətləri göstərə bilirlər.

Donuq səslə danışıq, enerjilərinin çox aşağı olması, passiv fəaliyyətlər sərgiləyirlər".

 

Lalə Ələkbərova şizofreniyanın necə yaranmasından və müalicə üsullarından da danışıb:

 

"Bir çox faktorların təsiri altında yarana bilir ki, bura genetik, bioloji faktorlar aiddir. Genetik faktorların şizofreniya ilə əlaqəli olduğu göstərilmişdir. Bundan başqa ətraf mühit faktorları analığa namizəd qadınlarda keçirdiyi infeksiyalar kimi xəstəliklərdə yer alır. Bu xəstələrin müalicəsi vacib rol oynayır(müalicə uzun müddətli olaraq davam etdirilir).

Dərmanla yanaşı psixoterapiya, ailə terapiyası və digər ruhi dispanserlərdə müxtəlif müalicə metodları tətbiq olunur. Ancaq bəzi müalicəyə tabe olmayan xəstələr(EKT)elektrokonvülsiv tətbiq olunur. Bəzi xəstələrin gündəlik işlərini idarə edə bilməsi üçün daim dəstək və qayğıya ehtiyac duya bilir. Bura öz gigiyenasına baxması üçün belə köməyə ehtiyacların olması daxil ola bilər. Kişilərdə qadınlara nəzərən çox rast gəlinir. Ümumiyyətlə yeniyetməlik və gənclik dövründə ortaya çıxır. Qadınlarda isə 30 yaşlarından sonra daha çox rast gəlinir. 

Müalicə olunan xəstələrin üçdə biri normal bir həyat sürdürə bilərkən, üçdə biri fayda görmələrinə rəğmən əmək fəaliyyətində itkilər yaşaya bilir. Geri qalan üçdə bir qup isə müalicəyə çoxda tabe olmur. Bu xəstələrin müalicəsi və diaqnozu üçün psixiatrik xəstəxanalara müraciət etmək vacibdir. Dərman müalicəsinin təsiri müalicəyə başladıqdan sonra həftələr içində özünü göstərir. İlk iki həftədə ümumiyyətlə narahatlıqlarda azalma olur, 3-6 həftə ərzində sosial münasibətlərində düzəlmə görünə bilir və çox keçmədən sayıqlamalarda azalmalar da izlənilir".

 

Aysel Ağakərimova