Rəsulzadənin 140 illiyi Stokholmda qeyd edildi

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:14 22.05.2024

Mayın 21-də İsveçin paytaxtı Stokholmda Məmməd Əmin Rəsulzadənin doğumunun 140 illiyi münasibətilə konfrans keçirilib.

 

Konfransda tarixçi alim, professor Solmaz Tohidi və jurnalist, professor Qulu Məhərrəmli çıxış edib.

 

 

Qulu Məhərrəmli konfransla bağlı belə qeyd edib:

 

"İsveçdə yaşayan güneyli-quzeyli soydaşlarımızın və isveçlilərin Vətən və Rəsulzadə sevgisinə, bir də bu ölkədəki Azərbaycan Aydınlar ocağının təşkilatçılığına heyran olmamaq mümkünsüz idi".