00:00:00
Yazar
Admin User
27.05.2025 06:00 63 3 dəq oxuma
Yoxdur

“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilb.

“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilb.

26-27 may tarixlərində Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirildi. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunmuş konfransda G20 Dinlərarası Forumu, İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi, İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA-Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alırdı. Konfransda çox vacib məqamlar müzakirə olundu.

Bu gün bir müsəlman olaraq dünyada islamafobiyanın təbliğ edilməsi mənim üçün də ciddi narahatlıq doğurur.

Xüsusilə Avropada və digər Qərb ölkələrində cəmiyyətlərə, yerli əhaliyə İslama və müsəlmanlara qarşı tədricən nifrət aşılamağa yönəlmiş meyillərin artdığını müşahidə edirik. İslamofobiya müsəlmanlara qarşı yönəlmiş qərəz və nifrət formasıdır.

İslamofobiya bu dövrün narahatedici reallıqlarından biri və ayrı-seçkiliyin açıq təzahürüdür. İslam sözü terrorla sinonim kimi görülür. Müsəlmanlara qarşı artan ayrıseçkilik və düşmənçilik getdikcə artmaqdadır. Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur. Bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar. Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi, müsəlman icmalarına qarşı baş verən ayrı-seçkilik halları, dünyanın gözü önündə baş verən müharibə cinayətləri, miqrantlara qarşı qeyri-insani rəftar, islam dinini alçaldan saxta, gözdən salıcı məlumatların yayılması getdikcə artır.

Bir çox Qərb cəmiyyətində müsəllmanlara qarşı ayrı-seçkilik forması artıq normallaşır.

İslamafobiyanın təbliği sosial mediada 32 faiz artmışdır. İslam mədəniyyəti və qanunları əksinə təbliğ edilir. 62 faiz izləyici bunu maraqla izləyir. “İslamofobiya qlobal miqyasda artan təhlükəli tendensiyanın tərkib hissəsidir. Bununla mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır.

İslamofobiya, sadəcə, dini dözümsüzlük deyil, eyni zamanda, sosial-psixoloji problemdir, cəmiyyətlərdə gərginlik və qarşıdurma toxumu səpir. Siyasi və ideoloji məqsədlərlə istifadə olunduqda isə daha təhlükəli forma alır. Qeyri-tolerantlıq bir millətin və ya fərdin problemi deyil, bu, ölkələri geri salan, cəmiyyətlərin inkişafını ləngidən zərərli yanaşmadır. İstənilən ayrıseçkilik üsyana səbəb olur və bu günkü vəziyyət gələcək üçün təhdiddir.

“Din adı ilə siyasi məqsədlər güdən, dini dəyərlərdən sui-istifadə edən şəxslərə və qruplara qarşı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi mübarizə aparmaq vacibdir.

Bu məsələdə Azərbaycan fəal və prinsipial mövqe tutur. Biz dinlərarası əməkdaşlıq sahəsində nümunəvi təcrübəyə sahibik və bu model dünya üçün də aktuallıq kəsb edir.

Prezident İlham Əliyev bu mənəvi irsin qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə daim yüksək səviyyədə dəstəklənib. Prezident İlham Əliyevin İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı addımlar digər İslam ölkələri üçün nümunə olmalıdır.

İslam dini hər hansı millət və dövlət üçün deyil, bütün bəşəriyyət üçün Uca Allah tərəfindən göndərilmişdir. İslam dini insanı insan edən, insanların eləcə də bütün canlı aləmin haqlarını bərabər şəkildə qoruyan yeganə və ən güclü sistemdir. İslam dininin müqəddəs kitabı, Qurani Kərim-lə tanış olan hər bir insan bu kitabın insan təxəyyülünün məhsulu olmadığını və mükəmməl bir qanun olduğunu bilir.

Bəşəriyyətin xilası üçün, insan münasibətlərini düzgün tənzimləyən, insan sağlamlığını qorumağı tövsiyə edən, cənnəti qadınların ayaqları altına sərərək ona ən yüksək yeri verən, uşaq hüquqlarını müdafiə edən, ailə dəyərlərini ən gözəl biçimdə qoruyan, ətraf aləmə qarşı məsuliyyəti artıran və dünyaya ədaləti gətirən bu böyük elmi hər bir insanın öyrənməsi və həyatına tətbiq etməsi çox vacibdir. 
Qurtuluş və qələbə yalnız Uca Allahın elmini dərk edib, qəbul edənlərlədir!

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər