00:00:00
Yazar
Admin User
31.01.2015 10:03 373 1 dəq oxuma
Sosial

Bərdə şəhərində Silahli Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib

Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilən birgə təlim toplantısını Silahli Qüvvələrin Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.
Bərdə şəhərində Silahli Qüvvələrin Tibb Xidmətinin və Səhiyyə Nazirliyinin birgə regional təlim toplanışı keçirilib

Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilən birgə təlim toplantısını Silahli Qüvvələrin Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib. 
O, "Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmalarin müalicəsində müasir yanaşmalar" mövzusu ilə çıxış edib.

Sonra, Silahli Qüvvələrin Baş reanimatoloqu, tibb xidməti polkovniki, Azərbaycan Respublikasının əməkdar həkimi Vüqar Abdullayevin "Hərbi travmalar zamanı anestezioloji-reanimasyon yardımın təşkili və göstərilməsi xüsusiyyətləri" və Hərbi Tibb Fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı, tibb elmləri namizədi Pərviz Məmmədovun "Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası" mövzusunda çıxışları dinlənilib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər