00:00:00
Yazar
Admin User
15.07.2020 18:00 823 2 dəq oxuma
Sosial

Bəsti Nəsibova: Yaxın tariximizdən dərs almalı və Azərbaycanın sabitliyinin xaosla əvəz olunmasına imkan verməməliyik

Bəsti Nəsibova: Yaxın tariximizdən dərs almalı və Azərbaycanın sabitliyinin xaosla əvəz olunmasına imkan verməməliyik
Bəsti Nəsibova: Yaxın tariximizdən dərs almalı və Azərbaycanın sabitliyinin xaosla əvəz olunmasına imkan verməməliyik

2020-ci il iyulun 14-15- də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Hər birimiz bu aksiyaları böyük sevinc və qürur hissi ilə izlədik. Gənclərimizin Vətən sevgisi, döyüş ruhunu izləmək, şahidi olmaq onu göstərdi ki, Qarabağ bizim üçün əbədi və əzəli yurd yeridir. Qarabağda doğulan, orada yaşamış insan da, ora haqqında yalnız valideynlərindən, böyüklərdən eşidən insanın da dilində tək söz, ürəyində tək sevgi gördük – Qarabağ!
Bu gənclərimizin vətənpərvərliyi, səfərbərlik elan olunması üçün müraciətləri, könüllü şəkildə orduya yazılması bir daha sübut edir ki, bu xalqı məğlub etmək asan deyil. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu dəstəyini istənilən formada nümayiş etdirə bilər.
Lakin unutmamalıyıq ki, bizim Vətənə sevgimizin, bu bağlılığı etdiyimiz nümayişinə arxasında hələ də bəzi qüvvələrin qara əli gəzir. O qara əllər Vətənimizin üzərinə uzanıb və hər irəliyə atılan addımda onu ləkələməyə, kölgə salmağa çalışır. Bütün hallarda, biz ayıq-sayıq olmalı və bu cür əməllərə cəhd edən şəxslərin təxribatına alət olmamalıyıq. Cəbhə xəttində döyüşlərin getdiyi bir vaxtda qarşı tərəf hər addımı izləyir və bunu Azərbaycan əleyhinə şərh edərək müxtəlif vasitələrlə tirajlayırlar.
Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir.
Azərbaycan 90-cı illərin əvvəlində yenicə müstəqillik qazanmış ölkə deyil. Anarxiya, özbaşınalıq, xaos bizim yaxın tariximizdir və bir gözümüzün yaddaşındadır. Biz bu yaddaşdan dərs çıxarmalıyıq. İmkan verməməliyik ki, hansısa kənar müdaxilə, bəzi qüvvələr ölkəmizi o illərə qaytarsın. Yaxın tariximizdən dərs almalı və Azərbaycanın sabitliyinin xaosla əvəz olunmasına imkan verməməliyik

Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz birlik olmalı, bu bəlalara birgə qalıb gəlməliyik. İmkan verməməliyik ki, təxribatçı qüvvələr öz niyyətinə çatsın.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər