00:00:00
Yazar
Admin User
18.12.2022 18:56 428 2 dəq oxuma
Sosial

STEM dərslərinin qurulması istiqamətində müəllimlərə metodik dəstəyin verilməsi istiqamətində işlər davam edir

STEM dərslərinin qurulması istiqamətində müəllimlərə metodik dəstəyin verilməsi istiqamətində işlər davam edir
STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) təhsili elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri tədrisinə inteqrasiya olunmuş bir yanaşmadır və məktəbəqədərdən ali təhsilə qədər bütün bir prosesi əhatə edir.
STEM təhsilinin fəlsəfəsində 4-cü sənaye inqilabı ərəfəsində hər bir ölkənin elmi-texniki tərəqqisi, iqtisadi inkişafı və insan kapitalının formalaşdırılması məqsədləri dayanır. STEM əsaslı dərslərin əsas məqsədi şagirdlərə real həyat problemlərinin həllinə yönəldilmiş fəaliyyət, yəni praktik iş zamanı nəzəri məlumatların öyrənilməsi mühitini təqdim etməsidir. STEM dərslərinin digər əsas məqsədi komanda işinin inkişafı, birlikdə qərar vermək bacarığının təkmilləşdirilməsi olduğu üçün belə dərslərdə uşaqlar fərdi deyil, qruplarla fəaliyyət göstərirlər. STEM dərslərində şagirdlər öyrəndiklərini real həyatda tətbiq edirlər, məsələn biologiyadan hər hansı bitkinin adı, şəkilləri və onlar haqqında məlumat əzbərləmək əvəzinə, həmin bitkilərin yetişdirilməsi ilə məşğul olur və s. Həmçinin, informatikadan ən yaxşı halda kodlaşdırma aparmaq əvəzinə, kodlaşdırmanın məhsulu olan qurğunun istehsalı ilə məşğul olurlar ki, bu da onlarda alqoritmik düşüncəni, mühəndislik, qurmaq, yaratmaq, prototip hazırlamaq, dizayn etmək bacarıqlarını formalaşdırır, həmçinin onlara problemlərin həllinə sistemli yanaşma vərdişlərini qazandırır.


STEM əsaslı təhsilin hal-hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Finlandiya, Çin, Koreya, Almaniya, İsraildir. Bu təlim metodu ilə qurulan dərslər şagirdlər üçün daha maraqlı və cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. Qısaca qeyd etsək, ənənəvi metodlardan fərqli olaraq təhsilalanlar təklif etdiyi problemli vəziyyətin həlli üçün layihə ideyası verir və müəllimləri ilə birgə, müəyyən müddəti əhatə edən layihənin icra planını qurur. Son nəticədə müəyyənləşdirilən problemin həllinə yönəlmiş layihə məhsulu əldə edilmiş olur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin məktəb kateqoriyası üzrə qalibi olan Sumqayıt şəhər 12 nömrəli məktəbin təklif etdiyi layihə çərçivəsində hazırlanacaq video-çarxlardan istifadə edərək dərsi quran müəllimlər:
    • Video-çarxlarda əks olunan praktik dərs nümunələri ilə tanış olaraq dərslərini layihə və problem əsaslı qura biləcəklər;
    • Şagirdləri real həyat problemlərini həll edən STEM layihələrinə yönəldəcəklər;
    • Bir neçə fənni inteqrativ metodika ilə tədris edə biləcəklər;
    • Şagirdlərdə kodlaşdırma və texnologiyalardan istifadə bacarıqlarını inkişaf etdirəcəklər;
    • Şagirdləri 21-ci əsr bacarıqlarına yiyələndirəcəklər;
    • Dərslərini şagirdlərin və müasir dövrün tələbinə uyğun qura biləcəklər.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər