00:00:00
Yazar
Admin User
15.07.2023 10:23 257 1 dəq oxuma
Sosial

Fiziki məhdudiyyətli insanlar üçün hansı şəraitlər yaradlmalıdır? Jurnalist Orxan Əliyevdən təkliflər

Fiziki məhdudiyyətli insanlar üçün hansı şəraitlər yaradlmalıdır? Jurnalist Orxan Əliyevdən təkliflər

“Əlilliyi olan şəxslərdən məlumat almaq lazımdır. Məsələn, təkəlli oturacaq istifadəçisinə yol uyğundursa, demək hər kəs, bütün fiziki məhdudiyyəti olan şəxslər üçün uyğundur. Mən anadangəlmə fiziki məhdudiyyətli olduğum üçün müəyyən qədər fiziki hərəkət məhdudiyyətinə sahibəm. Daha çox tutacağı olmayan pilləkənlər mənim üçün böyük təhlükə sayılır, lakin bundan başqa problem yaşamıram. Sadəcə olaraq, bəzən asfalt yaxşı olmayanda mənim üçün səkillərdə çətinlik yaranır” – Orxan Əliyev deyir ki, təkəlli oturacaq istifadəçiləri var ki, onlar üçün şəhər əlverişli deyil. Fiziki məhdudiyyətli şəxslər panduslu avtobuslardan istifadədə də çətinlik çəkirlər.

Bakı metropolitenində isə əsasən, fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş fəaliyyətə görə, işçi ayrılır. Lakin elə etmək lazımdır ki, fiziki məhdudiyyətli insanların şəxsən özləri rahatlıqla metrolardan istifadə edə bilsinlər. Xaricdə ekskalatorlar elə quraşdırılıb ki, əlilliyi olan şəxslər ondan rahatlıqla istifadə edirlər.

Təzə tikilən otel və binalarda da əlilliyi olan insanlar üçün lazımi şərait yaradılmayıb. Orxan Əliyevin sözlərinə görə, onlar üçün kifayət qədər yaxşı şərait yaradılmadığı üçün otellərə, binalara gedə bilmirlər.

 

Orxan Əliyev istəyir ki, Qarabağın bərpasına fiziki məhdudiyyətli şəxslər də cəlb olunsunlar.

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər