00:00:00
Yazar
Admin User
22.01.2026 15:19 79 1 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb

Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, enerji sahəsində əməkdaşlıq, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər istiqamətlərdə birgə fəaliyyət imkanları müzakirə olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi vurğulanıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişlənməsi regionda təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə xidmət edir:

 

“Qurumun Azərbaycanı etibarlı tərəfdaş və enerji təhlükəsizliyinin qarantı kimi tanıması Cənubi Qafqazda kənar müdaxilələrin azaldılmasına və iqtisadi asılılığın siyasi dialoqla əvəzlənməsinə şərait yaradır. Bu tərəfdaşlıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış yanaşmanı təşviq edərək uzunmüddətli sülhün təməlini qoyur. Avropa İttifaqı həm də Azərbaycan və Ermənistandan keçən Orta Dəhlizin inkişafında maraqlı olduğunu gizlətmir. Çünki bu layihə vasitəsilə Çinlə təhlükəsiz və səmərəli ticarət etmək imkanı qazanırlar. Əslində, Davos görüşündə qurum rəsmilərinin Azərbaycanın əhəmiyyətini anladığının işartılarını gördük. Anladılar ki, Azərbaycan yalnız enerji tədarükçüsü deyil, eyni zamanda mühüm logistik mərkəz və sülh təşəbbüskarıdır. Davos görüşü həm də Avropa İttifaqının ənənəvi qərəzli yanaşmasından imtina edib Azərbaycanla əməkdaşlıqdan faydalanmağın vaxtının çatdığını sübut edib”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər