00:00:00
Yazar
Admin User
24.01.2026 10:30 111 1 dəq oxuma
Media

“Mediada Azərbaycan dili” təlimində Əməkdar jurnalist Faiq Hüsiyev yeni televiziya trendlərindən bəhs etdi

“Mediada Azərbaycan dili” təlimində Əməkdar jurnalist Faiq Hüsiyev yeni televiziya trendlərindən bəhs etdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim təşkil olunub.Təlimdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər və mütəxəssislər iştirak etdilər.

 

“İnformator.az” xəbər verir ki, tədbirdə əməkdar jurnalist, AzTV-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev “Müasir televiziyada yeni trendlər” mövzusunda çıxış etdi.O, jurnalistikanın bugünkü çağırışlarından, televiziya sahəsində baş verən dəyişikliklərdən və analitik verilişlərin artan rolundan danışdı.

 

Faiq Hüsiyev vurğuladı ki, televiziya anlayışı XX əsrdə formalaşıb, lakin zamanla yeni tendensiyalar meydana çıxıb. Bu yeniliklərdən biri də informasiya üzərində dövlət inhisarının aradan qalxmasıdır. O, CNN-nin dünyada ilk ixtisaslaşmış xəbər kanalı olduğunu, ilkin mərhələdə bu layihəyə 100 min dollar vəsait ayrıldığını və bu gün CNN-in dünyanın aparıcı xəbər kanalı statusunu qoruduğunu diqqətə çatdırdı. Təlimdə qeyd edildi ki, Azərbaycanda əsas “news maker” ölkə Prezidenti cənab İlham Əliyevdir və ölkədə baş verən əsas siyasi, sosial və beynəlxalq proseslər məhz onun fəaliyyəti və təşəbbüsləri fonunda formalaşır. Çıxışda ,həmçinin, hər bir dövrün əsas tələbinin yeniliklərə uyğunlaşmaq olduğu, süni intellektin isə yaxın gələcəkdə media sahəsində ciddi rəqibə çevriləcəyi diqqətə çatdırıldı.Artıq süni intellekt vasitəsilə virtual aparıcıların yaradılması istiqamətində işlərin aparıldığı da qeyd edildi. Tədbirin sonunda mövzu ətrafında diskussiya aparıldı və iştirakçıların sualları cavablandırıldı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər