ABŞ hökumətinin bağlanmasının qarşısını almaq üçün danışıqlar miqrasiya islahatları ətrafında intensivləşir
Vaşinqtonda ABŞ hökumətinin bağlanmasının qarşısını almaq üçün danışıqlar intensivləşib və rəsmilər Tramp administrasiyasının miqrasiya icraatı islahatları ilə bağlı razılaşma əldə etməklə bağlı irəliləyiş əldə edildiyini bildirirlər.
Demokratlar Minnesota ştatının Minneapolis şəhərində 37 yaşlı Alex Prettinin öldürülməsindən sonra 1.2 trilyon dollarlıq hökumət xərcləri paketindən Daxili Təhlükəsizlik Nazirliyinə (DHS) ayrılan maliyyənin çıxarılmasını tələb edirdilər. ABŞ mətbuatı xəbər verir ki, Ağ Ev və Senatdakı Demokrat liderləri federal miqrasiya agentlərinə yeni məhdudiyyətlər tətbiq etməklə bağlı Demokratların tələblərini qarşılaya biləcək razılaşmaya yaxınlaşırlar.
Banuçiçək Məmmədova
BBC NEWS
