00:00:00
Yazar
Admin User
31.01.2026 09:04 182 1 dəq oxuma
Media

Əməkdar artist,nitq mütəxəssisi Sevda Ağazadə “Gözəl səs və səlis danışıq-uğura aparan yol” mövzusunda çıxış etdi

Əməkdar artist,nitq mütəxəssisi Sevda Ağazadə “Gözəl səs və səlis danışıq-uğura aparan yol” mövzusunda çıxış etdi

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında növbəti “Mediada Azərbaycan dili” təlimi keçirildi. Təlimin mövzusu “Uğurlu kommunikasiya: səlis nitq və sərlövhə yaradıcılığı” oldu.

 

"İnformator.az" xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının əməkdar artisti, nitq mədəniyyəti üzrə mütəxəssis Sevda Ağazadə çıxış etdi. O, “Gözəl səs və səlis danışıq – uğura aparan yol” mövzusunda iştirakçılara ətraflı məlumat verdi.

 

Çıxış zamanı nəfəs texnikaları haqqında danışıldı. Birinci üsul olaraq nəfəs alarkən qarının önə doğru hərəkət etməsi izah edildi. Daha sonra “şir pozası”, 4–7–8 nəfəs texnikası və kvadrat nəfəs texnikası iştirakçılara təqdim olundu.

 

Sevda Ağazadə səsin gözəl olması üçün hərflərin düzgün tələffüz edilməsinin vacib olduğunu bildirdi. Qeyd olundu ki, insan sözlərlə işləyir və sözlər hərflərdən ibarət oldu. Hərflərin düzgün səsləndirilməsi üçün məşq zamanı hecanın sonuncu hərfinin aydın eşidilməsinin önəmli olduğu vurğulandı.

 

Danışıq zamanı səs tonuna diqqət yetirilməsinin vacibliyi deyildi. Orta tonda danışmağın məlumatın qarşı tərəfə rahat ötürülməsinə kömək etdiyi qeyd edildi. Emosional xəbərlər səsləndirilərkən səs tonunun dəyişdirilməməli olduğu, sadəcə duyğu qatılmasının daha təsirli nəticə verdiyi bildirildi.

 

Səsin gözəl və təsirli çatdırılması üçün pauza və intonasiyalardan istifadə edilməsinin vacibliyi vurğulandı. Pauzanın nitqi gözəlləşdirdiyi və fikrin daha aydın çatdırılmasına kömək etdiyi deyildi.

 

Təlim zamanı M–L–N texnikasından istifadənin yolları da izah edildi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər