00:00:00
Yazar
Admin User
02.02.2026 17:32 43 1 dəq oxuma
Dünya

Uşaqlara sosial media qadağasının tətbiq olunması ilə bağlı bütün variantlar nəzərdən keçirilir

Uşaqlara sosial media qadağasının tətbiq olunması ilə bağlı bütün variantlar nəzərdən keçirilir

Avropa Birliyi Komissiyası Aİ üzrə uşaqlara sosial media qadağasının tətbiqi ilə bağlı “bütün qapıların açıq olduğunu” bildirərək, bütün variantların nəzərdən keçirildiyini vurğulayıb.

 

Aİ Komissiyasının sözçülərindən Tomas Renye gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Uşaqlara sosial media qadağasının tətbiqi ilə bağlı Aİ üzrə hər hansı addım atılıb-atılmayacağı barədə suala cavab verən Renye bu məsələ ilə bağlı üzv ölkələrlə birgə işlərin aparıldığını bildirib.

 

Renye: “Aİ Komissiyası hazırda bütün qapıları açıq saxlayır. Hazırda bizə məsləhət verməsi üçün ekspertlər paneli formalaşdırılır. Bundan sonra hər hansı addımın atılıb-atılmayacağına qərar veriləcək”,- deyə qeyd edib.

 

Bütün variantların nəzərdən keçirildiyini və işlərə dair inklüziv mövqe sərgilədiklərini deyən Renye, ekspertlərin müxtəlif sahələrdən olacağını və hələlik dəqiq vaxt cədvəlinin mövcud olmadığını vurğulayıb.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər