00:00:00
Yazar
Admin User
03.08.2023 13:33 512 2 dəq oxuma
Sosial

"Bu forum ermənilərin bizə qarşı apardıqları informasiya müharibəsinə ən tutarlı cavab oldu" Vüqar Zifəroğlu

"Bu forum ermənilərin bizə qarşı apardıqları informasiya müharibəsinə ən tutarlı cavab oldu" Vüqar Zifəroğlu

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “4-cü Sənaye İnqilabı Dövründə Yeni Media” Qlobal Media Forumunun iştirakçılarına qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb. Sözügedən bəyanatda deyilir:

 

21-23 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın 49 ölkəsindən 150 xarici qonağın, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat, media qurumu rəhbərlərinin, yüksək səviyyəli media ekspertləri və jurnalistlərin iştirak etdiyi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu gələcəyə yönəlik ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəydə mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi xarakterizə olunmaqdadır. Təəssüflər olsun ki, “4-cü Sənaye İnqilabı Dövründə Yeni Media” Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər.


BDU-un Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bu mövzu ilə bağlı mövqeyini İnformator.az saytı ilə bölüşüb.

 

"Ermənilər bizə qarşı mütəmadi olaraq informasiya müharibəsi aparır. Qarabağda, regionda baş verən proseslərlə bağlı dezinformasiyalar yayırlar. Əlbəttə ki, Şuşada keçirilən Media Forum, əslində, onların bizə qarşı apardığı informasiya müharibəsinə də tutarlı cavab oldu. Qonaqlar Füzulidən keçdiklərində dağıdılmış kəndlərimizi gördükləri zaman, əslində, ermənilərin necə böyük barbarlıq, vandallıq etdiklərinin şahidi oldular. Bu, faktiki olaraq bir daha 30 ildə Qarabağda baş verən proseslərin əyani şəkildə beynəlxalq ictimaiyyətə sərgilənməsi idi. Bu səbəbdəndir ki, Forumun keçirildiyi 3 gün ərzində beynəlxalq jurnalistlərin tədbirə marağı böyük oldu. Müxtəlif ölkələrin mətbuat orqanlarında, informasiya portallarında, televiziya proqramlarında Forumun gedişatı aktiv şəkildə işıqlandırıldı. Şuşadan, Qarabağdan ayrı-ayrı reportajlar, süjetlər verildi. Belə bir beynəlxalq tədbirin Şuşada keçirilməsi, çox sayda mötəbər qonaqların iştirakı, əlbəttə ki, erməniləri razı sala bilməz. Bu forum ermənilərin bizə qarşı apardıqları informasiya müharibəsinə ən tutarlı cavab oldu. Bu səbəbdən də onlar ənənəvi məşğuliyyətlərini - şantaj, böhtan, qarayaxma bu dəfə forumda iştirak edən qonaqlara yönəldərək, onlara qarşı kampaniya aparmaqdadırlar". 

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər