00:00:00
Yazar
Admin User
04.08.2023 15:40 312 2 dəq oxuma
Sosial

ildə iki dəfə Medianın İnkişaf Agentliyinin Media könüllüləri layihəsi proqramı keçirilir- Pərvanə İbrahimova

ildə iki dəfə Medianın İnkişaf Agentliyinin Media könüllüləri layihəsi proqramı keçirilir- Pərvanə İbrahimova

Pərvanə İbrahimova tələbələrin inkişafı üçün təlimlərin faydası və Medianın İnkişafı Agentliyinin "MediaLAB" layihəsi ilə bağlı informator.az-a məlumat verib.

 

Bugünkü tələbələrin inkişafı üçün hansı qurumlar tədbirlər həyata keçirir?

Tələbələrin inkişafı ilə bağlı Jurnalistika fakültəsində və ümumiyyətlə, ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan tələbələr üçün vaxtaşırı müxtəlif təlimlər keçirilir. Bununla bağlı Medianın İnkişafı Agentliyinin müxtəlif layihələri var. MediaLAB layihəsi, hansı ki, ali təhsil müəssisələrinin - Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müvafiq ixtisasında təhsil alan tələbələr üçün? o cümlədən, bu sahəyə marağı olan digər fakültələrin tələbələri üçün həyata keçirilir. MediaLAB layihəsinin birinci buraxılışı başa çatıb və növbəti buraxılışların da keçirilməsi gözlənilir. Layihəyə yenidən start veriləcək və orada da müxtəlif sahələri əhatə edən mövzular professional təlimçilərin iştirakı ilə keçirilir və auditoriya tələbərdən ibarətdir. Bu da tələbələrin inkişafına çox böyük təkan verir. Media İnkişaf Agentliyinin keçirdiyi MediaLAB layihəsinin buraxılışı artıq onu göstərdi ki, layihə çox faydalı və uğurludur. Bununla yanaşı, ildə iki dəfə Medianın İnkişaf Agentliyinin Media könüllüləri layihəsi proqramı keçirilir. Bizim artıq bir neçə buraxılışımız olub. Yenidən Media könüllüsü olmaq istəyənlərin müraciəti avqustun 15-inə qədər qəbul olunur. Media könüllüsü layihəsinin həm tələbələrin bilik və bacarıqlarının, həm peşəkar həyata hazırlanmaları istiqamətində çox faydalı təlimləri olur və bu da həm peşəkar inkişaf, həm də tədrisdə əldə edilən biliklərin təcrübədə də təkmilləşdirilməsinə təkan olur. Bununla yanaşı, bir neçə qeyri-hökumət təşkilatları var ki, onlar da zaman-zaman media ilə əlaqədar, media savadlılığı ilə bağlı müxtəlif layihələr həyata keçirirlər.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər