"Azərbaycan mediasında vətəndaş jurnalistikası təcrübəsi: imkanlar və çağırışlar" mövzusunda- ELMİ SEMİNAR
Azərbaycanın sosial şəbəkə mühitində baş verən dəyişikliklər və onların cəmiyyətə təsiri mövzusunda Jurnalistika fakültəsində elmi seminar təşkil olundu.
Seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, müəllimlər Billurə Aslanova, Sabir Məmmədov, Cabir Məmmədov, Arzu Məmmədova və kafedranın digər müəllim heyəti iştirak etdilər.
Tədbir zamanı sosial medianın müasir cəmiyyətdəki rolu, onun müsbət və mənfi təsirləri geniş şəkildə müzakirə olundu. Çıxışlarda sosial medianın Azərbaycanda yaranması və inkişaf mərhələləri haqqında məlumat verildi.
Seminarda həmçinin vətəndaş jurnalistikasının cəmiyyətdəki rolu, ictimai gündəmin formalaşdırılmasına təsiri məsələlərinə də toxunuldu. Bildirildi ki, sosial problemlərin sosial mediada işıqlandırılması və gündəmə gətirilməsi aidiyyəti qurumların məsələlərə daha operativ yanaşmasına şərait yaradır və problemlərin həll prosesini sürətləndirir.
