00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
17.04.2026 17:38 41 1 dəq oxuma
Media

"İpək qaftan geyinək, qədim mədəniyyətimizi tanıdaq, kimliyimizi itirməyək”-GÖKHAN SEYHAN MÜDAVİMLƏRLƏ GÖRÜŞDÜ

"İpək qaftan geyinək, qədim mədəniyyətimizi tanıdaq, kimliyimizi itirməyək”-GÖKHAN SEYHAN MÜDAVİMLƏRLƏ GÖRÜŞDÜ


“İpək qaftan geyinək, qədim mədəniyyətimizi tanıdaq, kimliyimizi itirməyək”-bu sözləri AzTv-nin nəzdində fəaliyyət göstərən  Teleradio Akademiyasının müdavimləri  ilə görüşdə Yunus Əmrə İnstitutunun  Bakı təmsilçiliyinin rəhbəri Gökhan Seyhan dedi.O,İnstitutun  fəaliyyət istiqamətinin məhz bu prinsiplərə söykəndiyini vurğuladı.

 

 

Həmçinin bildirdi ki,İnstitutunun fəaliyyət coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur: “Qarabağda filial açmağı düşünürük”.

 

 

Qloballaşan dünyada türk mədəniyyətinin qorunması və təbliği istiqamətində Yunus Əmrə İnstitutunun həyata keçirdiyi strategiyadan danışan Gökhan Seyhan bu prosesdə Azərbaycanın xüsusi rol oynadığını bildirdi.Onun sözlərinə görə, Yunus Əmrə İnstitutu üçün regiona açılan əsas qapılardan biri məhz Azərbaycandır. Gökhan Seyhan qeyd etdi ki, türk dünyasının ortaq dildə ünsiyyət qurması vacibdir, lakin hər xalq öz ləhcəsini qoruyub saxlamalıdır. Bu yanaşma həm dil müxtəlifliyinin itirilməsinin qarşısını alır, həm də mədəni zənginliyin qorunmasına xidmət edir.

 

 

Çıxışı zamanı “Tələbələrə qapılarımız hər zaman açıqdır”, – deyə qeyd edən Gökhan Seyhan gəncləri Yunus Əmrə İnstitutu ilə daha yaxından əməkdaşlığa çağırdı.

 

 

Görüşdə həmçinin layihə fəaliyyətinin əhəmiyyəti və mövzu seçiminin vacibliyi müzakirə olundu.Gökhan Seyhan təşkil edilən müxtəlif yarışlardan  danışaraq  tələbələri bu cür təşəbbüslərdə fəal iştirak etməyə dəvət etdi.



Sonda Gökhan Seyhan tələbələrə tövsiyələrini verdi.Təlim tələbələrin sualları ilə daha da interaktiv keçdi.


Səkinəbəyim Cəfərova 

#yeni #azərbaycan #baki #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər