00:00:00
Yazar
Səadət Əlizadə
01.06.2026 18:44 35 1 dəq oxuma
Media

Tahir Mirkişili: Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu bir daha nümayiş etdirib

Tahir Mirkişili: Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu bir daha nümayiş etdirib

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında açıqca bəyan etdi ki, “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji.” Bu ifadə öz-özlüyündə bir siyasi xəritəni ortaya qoyur: Azərbaycan enerji keçidini əvəzetmə kimi deyil, genişlənmə kimi görür. 
 

"İnformator.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

 

“Bakı Enerji Həftəsi” artıq qlobal enerji gündəliyinin əsas platformalarından biridir

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolunun, həyata keçirdiyi enerji strategiyasının və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrin kompleks təqdimatı idi: “30 il əvvəl regional xarakter daşıyan Xəzər Neft və Qaz Sərgisinin bu gün “Bakı Enerji Həftəsi” adı altında dünyanın ən nüfuzlu enerji platformalarından birinə çevrilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə rəsmi məktub ünvanlaması da bunun təsdiqidir. Bu gün Bakı təkcə enerji istehsalçılarının deyil, enerji siyasətinin gələcəyinin müzakirə olunduğu qlobal platformaya çevrilib. Bu, Azərbaycanın enerji sahəsində qazandığı etimadın və nüfuzun nəticəsidir”.

​​​​​​​

#daha #baki #rolunu #tahir #bakı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər