00:00:00
Yazar
Nərmin Həşimova
03.06.2026 20:30 23 1 dəq oxuma
Siyasət

“Rusiya ABŞ-nin Cənubi Qafqazda mövcudluğunun artmasını təsir dairəsinə müdaxilə kimi qiymətləndirir”- ŞƏRH

“Rusiya ABŞ-nin Cənubi Qafqazda mövcudluğunun artmasını təsir dairəsinə müdaxilə kimi qiymətləndirir”- ŞƏRH

Rusiya Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun güclənməsinə mənfi yanaşır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin Cənubi Qafqazda fəallaşması region ölkələri üçün həm yeni imkanlar, həm də yeni risklər yaradır:


“Bir tərəfdən Vaşinqtonun regiona marağının artması nəqliyyat-kommunikasiya layihələrinin, enerji təhlükəsizliyinin, sülh gündəliyinin və iqtisadi əməkdaşlığın beynəlxalq zəmanətlərlə dəstəklənməsinə şərait yarada bilər. Xüsusilə, Azərbaycan üçün bu proses balanslaşdırılan xarici siyasət xəttini daha da gücləndirir. Çünki Bakı həm Qərblə enerji və təhlükəsizlik əməkdaşlığını inkişaf etdirir, həm də regionda müstəqil qərar qəbul edən əsas aktorlardan biri kimi çıxış edir. Digər tərəfdən, Rusiya ABŞ-nin Cənubi Qafqazda mövcudluğunun artmasını öz ənənəvi təsir dairəsinə müdaxilə kimi qiymətləndirir. Bu isə regionda böyük güclər arasında rəqabəti kəskinləşdirə bilər. Belə şəraitdə əsas məsələ Cənubi Qafqaz ölkələrinin bu rəqabətin obyektinə deyil, subyektinə çevrilməsidir. Əgər region dövlətləri, xüsusilə Azərbaycan, öz milli maraqlarına əsaslanan balanslı siyasəti davam etdirərsə, ABŞ-Rusiya rəqabəti təhlükədən daha çox diplomatik manevr imkanına çevrilə bilər. Amma əks halda, bu rəqabət Ermənistan kimi zəif və xarici təsirlərə açıq ölkələrdə daxili siyasi gərginliyi, təhlükəsizlik risklərini və yeni qarşıdurma ehtimallarını artıra bilər”.


Nurgün Qənizadə

#Rusiya #ABŞ #Cənubi Qafqaz #təsir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər