00:00:00
Yazar
Zəhra Həsənova
05.06.2026 22:04 23 2 dəq oxuma
Siyasət

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Afrika ölkələri ilə münasibətlərini bərabər tərəfdaşlıq, qarşılıqlı hörmət və ortaq fayda prinsipləri əsasında inkişaf etdirir. O, Niger Prezidenti Abdurəhamane Tiani ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında təhlükəsizlik, təhsil, mədəniyyət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazə bildirib ki, Türkiyənin Afrikadakı siyasi fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir:


“ Çünki son illərdə Afrika ölkələri ilə münasibətlərin inkişafında Türkiyənin fəal rol oynadığını müşahidə edirik. Bu siyasətin əsas məqsədlərindən biri qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq, iqtisadi və siyasi əlaqələri gücləndirməkdir.

Türkiyənin Afrika siyasəti təkcə diplomatik fəaliyyətlə məhdudlaşmır. Xüsusilə Nigeriya, Somali, Efiopiya və Liviya kimi ölkələrlə münasibətlərdə həm siyasi, həm iqtisadi, həm də müəyyən hallarda hərbi əməkdaşlıq elementləri özünü göstərir. Bu ölkələrlə qurulan əlaqələr qarşılıqlı inkişaf və tərəfdaşlıq prinsiplərinə əsaslanır.

Türkiyə Afrikada iqtisadi mövqeyini gücləndirməyə çalışır. Məsələn, Nigeriya zəngin enerji resurslarına və böyük iqtisadi potensiala malik ölkələrdən biridir. Bu ölkəyə yatırılan investisiyalar həm Türkiyə iqtisadiyyatına, həm də Nigeriyanın inkişafına müsbət təsir göstərə bilər.

Eyni zamanda Türkiyə Afrikada ənənəvi təsirə malik olan dövlətlərlə, xüsusilə Fransa və Rusiyanın təsir dairələri ilə rəqabət aparmağa çalışır. Ankara hesab edir ki, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli vasitəsilə Afrika ölkələri ilə daha güclü münasibətlər qurmaq mümkündür. Bu da Türkiyənin qlobal və regional nüfuzunun artmasına xidmət edən əsas istiqamətlərdən biridir “. 

Reyhan Qulizadə

#bərabərhüquqlu #xəbər #rəcəb #azərbaycan #qurur
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər