"İran Qətərdəki 6 milyard dollarlıq aktivinin dondurulmasını aradan qaldırmaq barədə razılığa gəlib" - PEZEŞKİAN
İran və Qətər Qətərdə saxlanılan İran aktivlərinin ümumi 12 milyard dollarından 6 milyard dollarının blokdan çıxarılması barədə razılığa gəlib. Bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
Prezidentin sözlərinə görə, razılaşmaya əsasən sözügedən vəsait ölkəyə qaytarılacaq, qalan məbləğin geri alınması istiqamətində isə işlər davam etdirilir. Bundan əvvəl The Wall Street Journal ABŞ və Qətərin İranın dondurulmuş vəsaitlərinin bir hissəsindən humanitar məqsədlərlə istifadə etməsinə imkan verən mexanizm üzərində çalışdığını yazıb.
TASS
Mələk Hüseynova