00:00:00
Yazar
Hüseynova Mələk
02.10.2026 18:01 38 2 dəq oxuma
Dünya

Rusiya-Ukrayna arasında enerji atəşkəsi olmayacaq: Zərbələrin iqtisadi təsirləri nə qədər ciddi ola bilər?

Rusiya-Ukrayna arasında enerji atəşkəsi olmayacaq: Zərbələrin iqtisadi təsirləri nə qədər ciddi ola bilər?

Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə zərbələrin davam etməsi hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərə bilər. Enerji infrastrukturunun zədələnməsi elektrik və yanacaq təminatında problemlər yaradır, sənaye müəssisələrinin fəaliyyətini məhdudlaşdırır və bərpa xərclərini artırır. Eyni zamanda enerji atəşkəsinin baş tutmaması qlobal neft və qaz bazarında əlavə qiymət dəyişkənliyi yarada bilər.

 

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, enerji obyektlərinə zərbələrin davam etməsi həm Rusiya, həm də Ukrayna iqtisadiyyatı üçün əlavə yük yarada bilər:

 

“Rusiya ilə Ukrayna arasında enerji obyektlərinə zərbələrin davam etməsi hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərə bilər. Enerji infrastrukturunun zədələnməsi elektrik enerjisi və yanacaq təminatında problemlər yaradır, sənaye müəssisələrinin fəaliyyətini məhdudlaşdırır və bərpa xərclərini artırır. Ukrayna üçün bu risk xüsusilə, enerji sisteminin dayanıqlığı baxımından əhəmiyyətlidir. Rusiya üçün isə neft emalı, qaz infrastrukturu və enerji obyektlərinə zərbələr istehsal və ixrac imkanlarına, həmçinin daxili enerji təminatına əlavə təzyiq yarada bilər. Enerji obyektlərinə qarşı hücumların uzanması dolayı iqtisadi xərcləri də artıra bilər. Elektrik və yanacaq çatışmazlığı istehsalın maya dəyərini yüksəldə, logistikanı çətinləşdirə və inflyasiya təzyiqini gücləndirə bilər. Eyni zamanda dövlətlərin enerji infrastrukturunun bərpasına daha çox vəsait ayırması digər iqtisadi xərclər üçün imkanları məhdudlaşdıra bilər”.

 

 Müsahib qeyd edib ki, enerji atəşkəsinin baş tutmamasının neft və qaz bazarında qiymət dəyişkənliyinə də təsir göstərə biləcəyini bildirib:

 

“Enerji atəşkəsinin baş tutmaması neft və qaz bazarında dəyişkənliyi artıra bilər, lakin bu, avtomatik olaraq qiymətlərin kəskin yüksələcəyi anlamına gəlmir. Burada əsas məsələ real olaraq nə qədər neft və qaz hasilatının, emalının və ixracının risk altına düşməsidir. Hücumlar böyük enerji obyektlərinin fəaliyyətini uzun müddət məhdudlaşdırarsa, bazar iştirakçıları gələcək təchizatla bağlı daha çox risk qiymətləndirə və bu da qiymətlərdə əlavə dalğalanma yarada bilər. Bununla yanaşı, qlobal neft bazarında ehtiyatlar, OPEC+ ölkələrinin hasilat siyasəti, ABŞ hasilatı, Çindən və digər iri iqtisadiyyatlardan tələbat, eləcə də alternativ enerji mənbələri kimi amillər də qiymətlərin istiqamətinə təsir edir. Buna görə Rusiya-Ukrayna enerji münaqişəsinin davam etməsi bazarda riskləri artıran amil olsa da, neft və qaz qiymətlərinin gələcək hərəkətini müəyyən edən yeganə faktor deyil”.

 

Fatimə Qulizadə

#Rusiya #Ukrayna #enerji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər