00:00:00
Yazar
Hüseynova Mələk
05.10.2026 19:57 45 1 dəq oxuma
Dünya

ABŞ Ali Məhkəməsi neft şirkətlərinin iqlim dəyişikliyi ilə bağlı məhkəmə iddiasından yayınmaq cəhdinə baxır

ABŞ Ali Məhkəməsi neft şirkətlərinin iqlim dəyişikliyi ilə bağlı məhkəmə iddiasından yayınmaq cəhdinə baxır

ABŞ Ali Məhkəməsi “ExxonMobil” və “Suncor Energy” neft şirkətlərinin iqlim dəyişikliyinə görə maddi məsuliyyətdən yayınmaq cəhdinə baxıb. Kolorado ştatının Boulder şəhəri şirkətləri iqlim dəyişikliyinə töhfə verməkdə və fosil yanacaqların riskləri barədə ictimaiyyəti yanıltmaqda ittiham edir.


ABŞ Prezidenti Donald Trampın administrasiyası şirkətləri dəstəkləyərək, bu məsələlərin federal qanunlarla tənzimləndiyini bildirib. Qərarın ölkədə fosil yanacaq şirkətlərinə qarşı qaldırılmış onlarla oxşar iddiaya təsir edəcəyi gözlənilir. Ali Məhkəmənin yekun qərarını 2027-ci ilin iyununadək açıqlayacağı bildirilir.

 

Reuters

Mələk Hüseynova

 

#ABŞ #neft #iqlim
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər