00:00:00
Yazar
Hüseynova Mələk
05.10.2026 20:06 40 1 dəq oxuma
Dünya

Flydubai təyyarəsinin köməkçi pilotu təyyarəni Təl-Əvivdəki hava limanına və ya binaya çırpmağı planlaşdırıb

Flydubai təyyarəsinin köməkçi pilotu təyyarəni Təl-Əvivdəki hava limanına və ya binaya çırpmağı planlaşdırıb

Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsindəki insidentlə bağlı yeni və ciddi detallar ortaya çıxıb. Məlumata görə, kapitana hücum edən köməkçi pilot təyyarəni Ben Qurion hava limanına və ya Təl-Əvivdəki hündürmərtəbəli binaya çırpmağı planlaşdırıb. Hadisə zamanı 180-dən çox sərnişinin olduğu “Boeing 737 MAX” son anda idarəetmədən çıxarılmaq təhlükəsindən xilas edilib.


ABŞ və İsrail mediasının yazdığına görə, Oman vətəndaşı olan köməkçi pilot uçuş zamanı kapitana qəza baltası ilə hücum edib, daha sonra sərnişinlər vasitəsilə zərərsizləşdirilib. Digər ekipaj üzvü təyyarəni Səudiyyə Ərəbistanına endirib. İsrail mediası pilotun istintaq zamanı təyyarəni normal şəkildə Təl-Əvivə apararaq eniş icazəsi aldıqdan sonra hədəfə çırpmağı planlaşdırdığını yazıb. Hadisə ilə bağlı BƏƏ və İsrail rəsmiləri hələlik rəsmi açıqlama verməyib.

 

 

BBC

Fatimə Hüseynova

 

#Pilot #BƏƏ #köməkçi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər