00:00:00
Yazar
Admin User
04.10.2023 07:50 479 3 dəq oxuma
Sosial

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB “Sağlam gənclik - sağlam gələcək!” devizi altında son tədbirini keçirib

3 oktyabr tarixində “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Xəzər Gənclər Evində “Sağlam gənclik - sağlam gələcək!” devizi altında son tədbirini keçirib.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB “Sağlam gənclik - sağlam gələcək!” devizi altında son tədbirini keçirib

3 oktyabr tarixində “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Xəzər Gənclər Evində “Sağlam gənclik - sağlam gələcək!” devizi altında son tədbirini keçirib.

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə“Gənclər arasında təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan Xəzər Gənclər Evininnümayəndəsi Pərvin Şirvanı qonaqları və iştirakçıları salamlayaraq“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi işin əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən İctimai Birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Gənclər və İdman Nazirliyinə və Xəzər Gənclər Evinin işçi heyətinə minnətdarlığını bildirib. O, layihədən danışarkən qeyd edib ki, “qlobal çağırışlar təhlükəli yoluxucu xəstəliklərlə mübarizədə qüvvələri səfərbər edərək yeni yoluxmaların sayını və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmağa yönəlibdir. Bu xəstəliklərin erkən müayinə və müalicəsinə nail olmaq əsas hədəf kimi qeyd olunub. Bu hədəflərə çatmaq üçün qlobal strategiya proqramında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyəti xüsusilə vurğulanıb. Bu baxımdan təşkilatımız dövlətimizin yoluxucu xəstəliklərlə mübarizədə sosial yönümlü siyasətinə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi istiqamətində adı çəkilən layihəni icra edir.”

“Önləyici profilaktik tədbirlərin keçirilməsi və müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Gənclərimizin zamanında məlumatlara əlçatanlığını təmin etməklə onların sağlam yetişməsinə töhfə vermiş oluruq. Bugünkü tədbirimizin də əsas məqsədi gənclərimizi sağlam gələcəkləri naminə viral hepatitlər, vərəm və QİÇS kimi xəstəliklərdən qorumaq üçün onlara zəruri bilgilərin ötürülməsidir” – deyə Z. Nəbiyeva bildirib.

Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə gənclərə viral hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər, eləcə də icbari tibbi sığorta xidmətlərindən istifadə qaydaları barədə ətraflı məlumatlar və tövsiyələr verib.Deyilənlərlə bağlı animasiya çarxları nümayiş olunub.

Vərəm xəstəliyi barədə təqdimatı isə tədbir iştirakçılarına həkim, ekspert Samirə Muxtarova çatdırıb. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə danışıb. Vərəmin sağalan xəstəlik olduğunu və zamanında aşkarlanıb müalicəyə cəlb olunmasının önəmliyini iştirakçıların diqqətinə çatdırıb.

S.Muxtarova qeyd edib ki, vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbədir. Bu, müalicəsi mümkün olmayan vərəm formalarının yaranmasına gətirib çıxarır.  

İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda gənclərə viral hepatitlər barədə bukletlər, vərəm xəstəliyi və icbari tibbi sığortayla bağlı məlumatlandırıcı kitabçalar paylanıb.

Həmçinin, “Veysəloğlu Distribusiya” şirkətinin şəxsi gigiyena və təmizlik üzrə “Colgate-Palmolive” və “Dex”  markalarının dəstəyi ilə tədbir iştirakçılarına gigiyenik vasitələr – diş fırçaları, quru və maye sabunlar verilib.

Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə Xəzər Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi və “Əllərinizi yuyun” adlı A3 ölçüdə stikerlər də təqdim olunub.

Ümumilikdə, dörd aylıq layihə çərçivəsində Binəqədi Gənclər Evi, Qaradağ Gənclər Evi və Xəzər Gənclər Evində keçirilən maarifləndirici tədbirlərdən birbaşa olaraq 120 nəfərdən çox gənc bəhrələnib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər