BDU-da “Azərbaycan mühacirət mətbuatı və bu mətbuatın yaradıcı şəxsləri” çərçivəsində açıq dərs keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublunun açıq dərsi keçirilib.
Professor açıq dərsdə "Azərbaycan mühacirət mətbuatı və bu mətbuatın yaradıcı şəxsləri" haqqında geniş məlumat verib.
Açıq dərsdə Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu və fakültə tələbələri iştirak ediblər.
Dərsin yekununda Nəsiman Yaqublu mövzu əhatəsində auditoriyanın çoxsaylı suallarını cavablandırıb.
Həcər Əmiraslanlı
.png)
.png)
.png)
.png)
