00:00:00
Yazar
Admin User
10.11.2023 12:03 302 2 dəq oxuma
Sosial

"Sosial platformalar sosial olmaqdan çıxıb, siyasi ideoloji proseslərin cərəyan etdiyi məkanlara çevrilib"

"Sosial platformalar sosial olmaqdan çıxıb, siyasi ideoloji proseslərin cərəyan etdiyi məkanlara çevrilib"

"Sosial platformalar uzun müddətdir ki, sosial olmaqdan çıxıb, siyasi, ideoloji proseslərin cərəyan etdiyi virtual məkanlara çevrilib" deyə editor.az saytının baş redaktoru Fərid Şahbazlı bildirib.

 

 

Müsahib əlavə edir ki, müasir dünyada, siyasi proseslərin gedişatında, hətta Yaxın Şərq hadisələri zamanı bunu aydın şəkildə görürük.

 

 


F.Şahbazlının fikirlərinə görə, sosial şəbəkələr, siyasi proseslərə böyük təsirinin olduğu ilə yanaşı hətta inqilabi dəyişikliklərə belə gətirib çıxarır.

 


"Sosial medianın sürətlə yayılması klassik mediada rəqib kimi formalaşır. Klassik medianı üstələyir. Sosial medianın klassik mediadan fərqi odur ki, sosial media hər kəs üçün əlçatandır. Sosial media üzərindən çox sürətlə məhşurlaşan, inkişaf edən siyasi liderləri, qızışdırılan siyasi prosesləri görürük".

 

 

Redaktor qeyd edir ki, "sosial medianın siyasi proseslərə təsiri olduqca mühim hətta həll edicidir. Alternativ media kimi ortaya çıxan sosial şəbəkələr, dünyadakı bir çox siyasi proseslərdə katalizator rolunu oynayır. Günümüzdə sosial şəbəkələr, siyasi təbliğat və siyasi propaqanda vasitəsi kimi ciddi bir əhəmiyyət kəsb edir.

 


Müsahib deyir ki, Azərbaycandada bu belədir, sosial şəbəkələrin imkanlarından istifadə edərək müxtəlif dünyagörüşləri, siyasi yanaşmaları təbliğ edən yayan siyasi qruplar və partiyalar var. Təəsüf ki, bu siyasi fəaliyyət adı altında bəzi hallarda sosial medianın imkanlarından mənfi mənada yəni təxribat xarakterli proseslər düşüncələr və yanaşmaların idarə olunmasında istifadə olunur. Bu baxmından burda əsas məsuliyyət sosial şəbəkə istifadəçilərinin üzərinə düşür. İstifadəçilər yayılan məlumatları qəbul edərkən daha dəqiq və analizedici olmalıdır.

 



Mövzu barədə siyasi şərhçi Aqşin Kərimov da danışıb.
"Sosial şəbəkələr beynəlxalq siyasi proseslərin dinamikasına təsir edən və qlobal, regional gücə malik olan dövlətlərin “informasiya əməliyyatlarını” təşkil edən mühim vasitəyə çevrilir''.

 


A.Kərimov Sosial şəbəkələri sırf siyasi nöqteyi-nəzərdən təhlil edərkən onun ictimai rəyi yönləndirmə və öyrənmə aparatı olduğunu söyləyir və ardından əlavə edir ki:
"Sosial şəbəkələri tematikasına görə üç qrupa bölərdim – daha ciddi məzmun yükünə malik olanlar, bayağı məzmunlu platformaya çevrilənlər və bunların ikisinin hibridi kimi meydanda olanlardır".

 

 

"Hesab edirəm ki, diplomatiyada, hərbi-siyasi səhnədə propaqanda əməliyyatları hazırlanarkən onların sosial şəbəkələrə ötürülməsi təsnifatlara uyğun aparılır. Məqsəd cəmiyyətlərin beyninə sirayət etməkdir ki, bu da müxtəlif üsullarla həyata keçirilir''.

 

 

O, əvvəlki məqalələrinin birində vəziyyəti belə təsvir edib:
"Güc vitrinlərini öz məhsulları ilə doldurmaq istəyən qüvvələrin metodologiyasında süni intellektdən, rəqəmsal həmlələrdən, sosial şəbəkələrin rəy yaratma qabiliyyətindən gen-bol yararlanılır.
Beləcə mühim kəşfiyyat aparatları sosial şəbəkələr üzərindən təhlillər aparırlar və hesabatlar hazırlayırlar. Bu, siyasi səhnədə trendə çevrilib və getdikcə daha da şiddətli rəqabətin teatrına çevriləcək".

 

FİDAN İBRAHİMLİ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər