00:00:00
Yazar
Admin User
09.04.2015 12:01 366 1 dəq oxuma
Sosial

Asiya İnkişaf Bankı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə Direktoru Olly Norojono ilə görüş keçirilib.

Şuranın mətbuat xidmətindən İnformator-a verilən məlumata görə, AİB-in ölkə ofisinin rəhbəri bankın fəaliyyəti haqqında məlumat verərək  Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Cənab Norojono təmsil  etdiyi bankın Azərbaycanda bir sıra layihələrə dəstək verdiyini və bu fəaliyyətin gələcəkdə də davam etdirilməsi niyyətində olduqlarını bəyan edib.

Şura sədri, millət vəkili Azay Quliyev Şuranın fəaliyyəti haqqında qonağa məlumat verərək dövlətin QHT-lərin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyət haqqında danışıb. Azay Quliyev Asiya İnkişaf Bankının əməkdaşlıq  təklifini müsbət qiymətləndirdiyini və diqqətlə araşdırılacağını qeyd edib.

Görüşdə iki qurum arasında əməkdaşlığa dair konkret təkliflərin hazırlanması istiqamətində razılıq əldə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər