00:00:00
Yazar
Nigar Həsənzadə
16.02.2026 22:13 19 1 dəq oxuma
Sosial

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Fevralın 17-də Naxçıvan şəhərində Azərişıq ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə RETSİ-dən bildirilib.

 

Məlumata görə, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasından qidalanan “Xəstəxana–Asfaltzavod” 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən dövrədən açılacaq. Şəhərin 48, 49 və 52-ci məhəllələrdə saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər