20 yanvar faciəsi ilə bağlı hazırlanan video rolik Ukrayna mediasında vətənpərvərlik marşı kimi qarşılandı
Ukrayna Azərbaycanlı Gənclər Birliyi 20 yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı xüsusi video rolik hazırlayıb.Azərbaycan, Ukrayna və İngilis dillərində hazırlanmış videorolikdə Azərbaycanlı gənclərin vətən ,dövlət,müstəqillik və azadlıq haqqında söylədikləri fikirlər Ukraynanın kütləvi informasiya vasitələrinin diqqətindən kənarda qalmayıb .Bu baxımdan bir sıra televiziya kanalları və media qrumları “Müstəqil dövlətin ürəyi onun uğrunda canlarını fəda edənlərlə döyünür” ifadəsi ilə yekunlaşan video roliki yayımlamaqla gənclərin bu düşüncə tərzini Ukraynanın indiki ağır dönəmində vətəni və dövləti sevməyin ən müqəddəs amal olması kimi tərənnüm edirlər. Ukrayna Azərbaycanlı Gənclər Birliyi şəhidlərimizin müqəddəs ruhlarına həsr etdikləri videoroliki qəlbi vətən sevgisi ilə döyünənlərlə paylaşır.
