İlham Əliyev və Hakan Fidan Ermənistanla danışıqlar aparıblar

Bölmə: Siyasət › ,
Tarix: 20:57 05.07.2024

Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyevin xarici işlər naziri Hakan Fidanı qəbul edərkən Azərbaycan-Türkiyə və Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.

 

Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Şuşa şəhərində bir araya gələn Əliyev və Fidanın Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurası, Türkiyə, Azərbaycan və Pakistan Liderlərinin keçirdiyi üçtərəfli sammit xatırladılıb və bu üçtərəfli əməkdaşlıq prosesinin sonrakı görüşlərinin davam etdiriləcəyi bildirilib.

 

Açıqlamada, prezident Rəcəb Tayyib Ərdoğanla əldə olunan razılığa əsasən, Ərdoğan Türkiyə-Hollandiya matçını izləmək üçün Almaniyaya gedəcək və Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı(TDT) Türkiyə vitse-prezidenti dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Cevdet Yılmaz ilə təmsil olunacağı qeyd edilib.

 

Bəyanatda Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin və türk dünyasındakı birlik və həmrəyliyin əhəmiyyətindən bəhs edilib, Əliyev və Fidanın Azərbaycan-Türkiyə və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı danışıqlar apardıqları vurğulanıb.

 

Fidan sabahkı zirvədən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasına qatılacaq və sammitdə sədr müavini Yılmazı müşayiət edəcək.

 

Mənbə : TRT XƏBƏR (TRT HABER)

Tərcümə edən : Lalə Qafarova