İnformator.az saytı Azərbaycanın tanınmış media mütəxəssisləri, nəzəriyyəçilərinin birgə ideyasıdır. Məqsəd medianın fəaliyyətini araşdırmaq, monitorinqlər yolu ilə əldə edilən nəticələri sayt vasitəsilə yayımlamaq, praktik jurnalistikadakı qüsurları, qeyri-peşəkarlığı göstərməkdir. Hazırda mediada çalışanların əksəriyyəti jurnalist təhsili almayanlardır. Onlar birbaşa işlədikləri medianın üslubuna, formasına uyğun fəaliyyət göstərirlər. İnformator.az jurnalist təhsili sahəsindəki boşluqları doldurmaqda iddialıdır.
İnformator.az saytı həm də jurnalitika fakültələrində təhsil alan tələbələr, jurnalist olmaq istəyənlər üçün on-line tədris-təlim xidməti göstərir. Mütəxəssislər, nəzəriyyəçilər istənilən nəzəri sualı on-line cavablandırır.
Paralel olaraq sayt Azərbaycanda və dünyada baş verən ictimai, siyasi, sosial və mədəni hadisələr barədə informasiya yayır. İctimai-siyasi analizlər, video görüntülər, proqnozlar təqdim edir.