Azərbaycan-Pakistan münasibətləri yaxşılaşır

Bölmə: Siyasət › ,
Tarix: 23:46 12.07.2024

Azərbaycan və Pakistan enerji, iqtisadiyyat, müdafiə və təkbətək görüşlər kimi bir çox sahələrdə qarşılıqlı əlaqələri inkişaf etdirmək qərarına gəliblər.

 

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın paytaxtı İslamabadda davam edən təmasları çərçivəsində pakistanlı həmkarı Asif Əli Zərdari ilə görüşüb.

 

Pakistan Prezident adminstrasiyasından verilən məlumata görə, Prezident İlham Əliyev Pakistanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini və iş dünyasından insanların bir araya gəlməsinin planlaşdırıldığını qeyd edib.

 

İlham Əliyev: “Pakistan və Azərbaycan yenilənə bilən enerji sənayesində birgə işləmək imkanını yarada bilər".


Zərdari iki ölkə arasında yüksək səviyyədə qarşılıqlı münasibətlərin olduğunu bildirib və Azərbaycan ilə Pakistan arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını vurğulayıb.

 

İslamabad və Bakı arasında imzalanan anlaşma memorandumunu alqışladığını bildirən Zərdari, "Bu anlaşma memorandumu iqtisadiyyat, turizm, elm və texnologiya kimi bir çox sahəyə yeni təkan verəcək".

 

İlham Əliyevin səfəri zamanı iki ölkə arasında ticarət, telekommunikasiya və mineral ehtiyatlar sahələrində anlaşma memorandumu imzalanıb.

 

Ötən gün İlham Əliyev Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb və ticarət, informasiya texnologiyaları, turizm, telekommunikasiya və mineral ehtiyatlar sahələrində layihələrin həyata keçirilməsini müzakirə edib.

 

Mənbə : TRT XƏBƏR (TRT HABER)
Lalə Qafarova