"Böyük ehtimalla Trampın əsas rəqibi..."-Politoloq RƏYİ

Bölmə: Siyasət › ,
Tarix: 14:14 22.07.2024

ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

 

Bəs ABŞ prezidentinin geri addım atmasında səbəb nədir?

 

Bu barədə politoloq Zaur Məmmədov "informator.az"a açıqlama verib. O bildirib ki, Bayden və Tramp arasındakı son debatdan sonra məlum idi ki, bu şəkildə Bayden Trampa qalib gələ bilməz:

 

"Ümumiyyətlə, Demokratlar arasında ciddi bir problemin olduğu gerçəkliyi hər kəsə məlum idi. Müəyyən məlumatlara görə KİV-də Demokratlar Baydenin getməsi üçün ona ciddi şəkildə təzyiq göstərirdilər. Nəticə etibarilə Bayden getdi. Böyük ehtimalla Trampın əsas rəqibi vitse-prezident Kamala Harris olacaq. Bundan başqa Demokratların arxasında olan bütün qruplar Tramapa qalib gəlmək üçün Kamala Harrisə öz dəstəklərini göstərəcəklər. Beləliklə, biz Donald Tramp və Kamala Harris arasında ciddi şəkildə rəqabəti görəcəyik. Bu, Donald Tramp üçün çox mürəkkəb olacaq, çünki Kamala Harris Cozef Baydendən daha çətin rəqibdir. Bu yaxın aylarda baş tutacaq debatlarda da özünü büruzə verəcək".

 

Politoloq ABŞ-da baş tutacaq seçkilərin dünya ölkələri üçün vacibliyindən də danışıb:

 

"ABŞ-dakı seçkilər dünya ölkələri üçün çox vacib bir məsələdir. Çünki ABŞ dünyanın aparıcı dövlətidir. 

Azərbaycan da bu seçkiləri yaxından izləyir, çünki Azərbaycan və Cənubi Qafqaza münasibətdə Demokratlar və Respublikaçılar arasında yanaşmalarda çox ciddi şəkildə fərqlər var. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bir neçə gün əvvəl Şuşada baş tutan tədbirdə ABŞ-la bağlı suallara cavab verərkən bu məsələlərə toxunub".

 

Mayıl Soltanov