"Galatasaray" Avstriyadadır

Bölmə: İdman › ,
Tarix: 21:48 22.07.2024

"Galatasaray" Futbol Komandası yeni mövsüm hazırlıqları çərçivəsində düşərgə üçün Avstriyaya gəlib.

 

Sarı-qırmızılılar Linz şəhərinə gəlib və avtobusla düşərgə salacaqları Ştiriyanın Liezen bölgəsindəki İrdninqə çatıb. Az sayda azarkeş komandanı qalacaqları oteldə qarşılayıb. İyulun 27-dək İrdninqdə qalacaq "Qalatasaray" Avstriyanın LASK komandasının ev sahibliyi etdiyi Summer Series Upper Austria turnirində iki oyun keçirəcək. Sarı-qırmızılılar çərşənbə günü İtaliya təmsilçilərindən olan "Leççe" ilə iyulun 24-də, iyulun 27-də isə yoldaşlıq görüşündə "Parma" ilə qarşılaşacaq.

 

Sarı-qırmızılı komandanın Avstriya düşərgə heyətində aşağıdakı futbolçular yer alıb:

 

Fernando Muslera, Eyüp Aydın, Kerem Aktürkoğlu, Kerem Demirbay, Mauro Icardi, Dries Mertens, Yunus Akgün, Batuhan Şen, Wilfried Zaha, Leo Dubois, Derrick Köhn, Berkan Kutlu, Günay Güvenç, Mateus Tete, Halil Dervişoğlu, Hakim Ziyech, Kaan Ayhan, Victor Nelsson, Sergio Oliveira, Yusuf Demir, Lucas Torreira, Gökdeniz Gürpüz, Atakan Ordu, Emin Bayram, Abdülkerim Bardakcı, Michy Batshuayi, Barış Alper Yılmaz, Ali Yeşilyurt, Efe Akman, Metehan Baltacı.

 

TRT Haber

Zəhra Həsənova