Türkiyə klubu köhnə ulduzunu qaytarır!

Tarix: 15:36 23.07.2024
Trendyol Super Liqasında yeni mövsümdə çempionluğu hədəfləyən "Beşiktaş" transferlərdə böyük oynamağa davam edir.
"İnformator.az" xəbər verir ki, Qara-ağlar Anderson Talişkanı yenidən gündəmə gətirib. Bir müddət "Beşiktaş"da çıxış edən Anderson Talişka yenidən Superliqaya qayıdır.
Daha əvvəl Anderson Taliscanın “Əl-Nəssr”də qalacağı iddia edilsə də, son xəbər braziliyalı ulduzun yenidən Türkiyəyə ayaq basa biləcəyidir.
Bundan əvvəl Beşiktaş rəhbərliyi onu transfer etməyə çalışsa da, O, Əl-Nəssr klubunda qalmağı üstün tutdu.
"Beşiktaş" rəhbərliyi keçmiş ulduzunu yenidən heyətinə qatmaq üçün cəhdlərə başlayıb.
Məhəmməd Qasımov