Qarabağ ilk oyundan qələbə ilə qayıdır!

Tarix: 22:00 23.07.2024
Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
İnformator.az xəbər verir ki, qarşılaşma “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb.
"Qarabağ FK" 45+2-ci dəqiqədə "Juninyo" ilə hesabı açdı, 75-ci dəqiqədə Tural Bayramov Qarabağın ikinci qolunu vurub. Matç Qarabağın 0-2 qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandaların cavab matçı iyulun 30-da Bakı'da olacaq.
Məhəmməd Qasımov