"Cəbəllütariq ilə "Qarabağ"ı eyni səviyyəyə qoymaq gülünc olar"-Şahin Diniyev

Bölmə: İdman › ,
Tarix: 16:06 24.07.2024

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb. Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

 

Matçı "informator.az"a dəyərləndirən Şahin Diniyevin sözlərinə görə, Cəbəllütariq ilə "Qarabağ"ı eyni səviyyəyə qoymaq gülünc olar:

 

" "Qarabağ" kağız üzərində də, meydançada da daha səviyyəli komandadır. Püşkatmada zəif komandanın gəlməsində də "Qarabağ"ın böyük əməyi var, çünki reytinqə görə komandalar seçilir. Bu matçda "Qarabağ" gücünün 100% ilə deyil daha çox "gəzə-gəzə" qələbə qazandı. Düşünürəm ki, istəyinə nail oldu. Meydançanın təbii ot olması qarşıdakı oyunda "Qarabağ" üçün üstünlükdür. Püşkatma zamanı artıq hər kəs əmin idi ki, "Qarabağ" qalib olacaq".

 

Zəhra Həsənova