McLaren qərar vermək üçün son yarışları gözləyəcək!

Bölmə: İdman › ,
Tarix: 22:54 24.07.2024

McLaren rəhbərliyi yalnız çempionluq şansı olarsa, sürücülərindən birinin xeyrinə qərar verəcəklər.

 

McLaren-in rəhbəri Andrea Stella təsdiqləyib ki, komanda hər iki sürücüyə bərabər dəstək verməyə davam edəcək, lakin britaniyalının mövsümün sonunda titul qazanmaq üçün real şansı varsa, komanda ona üstünlük verəcək.

 

“Bizim şanslıyıq ki, komandamızda Oskar Piastri və Lando Norris kimi iki sürücü var” dedi Stella.

 

"Bu yolla kimin bir nömrəli və kimin iki nömrəli olduğuna qərar vermək məcburiyyətində deyilik.

 

Bizim yanaşmamız sürücülərin ədalətli mübarizə aparması və hər birinin layiq olduğu nəticələri əldə etməsindən ibarətdir.

 

Mövsümün bitməsinə bir neçə yarış qalsa və sürücülərimizdən birinin çempionluq şansı ciddi olarsa, o zaman bəlkə də yanaşmamıza yenidən baxarıq".

 

“Belə bir vəziyyətdə digər sürücünün yanıma gəlib bunu deyəcəyini gözləyirəm: “Çempionluq uğrunda mübarizədə komanda yoldaşıma kömək etmək üçün edə biləcəyim bir şey varsa, mən bunu etməyə hazıram".

 

Mənbə: Motorsport 

Məhəmməd Qasımov