Ali Koç yenidən prezidentdir

Bölmə: İdman › ,
Tarix: 18:34 25.07.2024

"Fenerbahçe" Klubunun prezidenti Ali Koç yenidən Klublar Birliyi Vəqfinin sədri seçilib.

 

Vəqfin Maslakdakı mənzil-qərargahında keçirilən toplantıda Fenerbahçe Klubunun prezidenti Ali Koç, Beşiktaş Klubunun prezidenti Həsən Arat, Galatasaray Klubunun vitse-prezidenti Metin Öztürk və Superliqadakı digər klubların prezidentləri və ya nümayəndələri iştirak edib.

 

Yığıncaqdan sonra çıxış edən Adana Demirspor Klubunun prezidenti Murat Sancak klubların çoxunun Beşiktaş Klubunun prezidenti Hasan Aratı prezidentliyə təklif etdiyini, Arat isə Beşiktaşa daha çox vaxt ayırmaq üçün namizəd olmaq istəmədiyini bildirib. Sancak, Aratın namizəd olmamasından sonra Ali Koçun namizəd olmasını istədiklərini və o, bu müraciətə müsbət cavab verdiyini açıqlayıb.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova