İranda elektrik enerjisi istehlakında tarixi rekord qırılıb

Bölmə: Dünya › ,
Tarix: 19:50 25.07.2024

İranda son illərin ən isti günləri səbəbiylə dünən ölkə daxilində elektrik istehlakı rekord həddə 79 min 189 meqavata çatarkən, elektrik paylama şirkəti həddindən artıq istehlakı qarşılaya bilmədiyini açıqlayıb və elektrik enerjisi istehlakı üçün tətil tələb edə biləcəyini açıqlayıb.

 

İran dövlət televiziyasına danışan elektrik enerjisi paylama şirkətinin baş direktoru Mustafa Rəcəbi Məşhədi bildirib ki, son günlər ölkə üzrə orta temperatur ötən ilin eyni dövrü ilə müqayisədə 2 dərəcə artaraq elektrik enerjisi istehlakında həddindən artıq yüklənməyə səbəb olub.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova