Qədim türklərin döyüş mədəniyyəti, Alpaqut-Abbasəli Abbasov

Bölmə: İdman › ,
Tarix: 14:43 30.07.2024

"Bu döyüş sənətini 2016-cı ildə öyrənməyə başladım. Ondan əvvəl də idmanla məşğul idim, amma bu idman sənəti mənə daha çox marağlı və cəlb edici gəldiyi üçün bununla davam etdim. Hazırda Alpaqut döyüş sənəti ilə məşğulam. Müəllimim Rafiq Qasımovun yolunu davam edirəm".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında Alpaqut döyüş növü üzrə Dünya Çempionu Abbasəli Abbasov deyib. O, nə üçün Alpaqut idman növünü seçdiyi haqqında danışıb:

 

"Alpaqut — Turan coğrafiyasında yaşayan Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. Alpaqutun 4 sistemi var. Bunlardan Batur və Qurşaq sistemi mənə daha uyğundur. Bu bizim idman növüdür və təkcə döyüşçü olmağı, özünü müdafiə etməyi yox, həmçinin tarixi və tərbiyəvi bilikləri artırır. Bunlara əsasən bu idman növünü seçdim".

 

Döyüşçü, Karyerası boyunca ən yadda qalan çempionatı barədə danışıb:

 

"Karyeram boyunca ən yadda qalan döyüşüm Türkiyənin Bursa şəhərində keçirilən 4-cü Dünya Alpaqut Çempionatıdır. Mən XTQ'052-də xidmət etmişəm və xidmətimi Vətənə borcumu yerinə yetirdikdən sonra Vətənə xidmətimi idmanımla davam etdirmək qərarına gəldim. Döyüşlərimi qələbələrimi Vətən uğrunda canından keçmiş Şəhidlərimizə, Vətənin keşiyində duran əsgərlərimizə ve XTQ’052'yə həsr edirəm. Dünya Çempionatında 2 sistemdən “Batur ve Qurşaq" sistemindən çıxaraq çempionluğa yüksəldim. Batur sistemində 4 görüş keçirdim. 1-ci görüş Litva, 2-ci görüş Amerika, 3-cü görüş Rumıniya ve 4-cü görüş final görüşündə İraq idmançısını məğlub edərək Çempion oldum. Qurşaq sistemində 3 görüş keçirmişəm. 1-ci görüş Litva, 2-ci görüş Gürcüstan, 3-cü görüş final görüşündə İraq idmançısını məğlub edərək qalib olmuşam. Orada mən əminliklə özümə inanıb, finalda rəqibimi məğlub edərək müxtəlif ölkələr arasında Vətənim Azərbaycan bayrağını yüksək zirvəyə daşıyıb himnimizi səsləndirdikləri üçün böyük qürur hissi yaşadım. Mənə görə ən unudulmaz an bu idi. O qədər ölkə arasında zirvədə olmaq. İnşəAllah qarşıda bizi Rumıniyada keçiriləcək Avropa çempionatı gözləyir. Ora hazırlaşırıq məqsədimiz daim Azərbaycan bayrağını zirvədə saxlamaqdır. İnşəAllah ən yadda qalan xoşbəxt anlarımın biridə bu olacağ və hazırda onun uğrunda çalışıram".

 

Məhəmməd Qasımov