Nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycana nə vəd edir ?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 12:56 30.08.2024
Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. İqtisadi-diplomatik potensialına görə dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilir. Həmçinin özünün regional və qlobal aspekt də, aparıcı mərkəzlərdən biri olduğunu getdikcə daha çox sübut edir. Nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycana nə vəd edir ?
Bu barədə "İnformator.az"a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda bu sahədə kifayət qədər uzaqgörən bir yanaşma ortaya qoydu:
"Yeni dəhlizlərlə bağlı müzakirələr hələ olmadığı vaxtda belə Azərbaycan öz gücü hesabına Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini bitirdi. Layihə artıq, tamamlanıb. Getdikcə, layihənin əhəmiyyəti və gücü artacaq. Bundan başqa, Şimal-Cənub layihəsi üçün Azərbaycanın kifayət qədər gördüyü işlər var. Əvvəlcədən qonşu və regional ölkələrə təklif etdiyi layihələr də olub. İnfrastruktur olaraq, Azərbaycan kifayət qədər ciddi hazırlıqlar görüb. Coğrafi üstünlüklərimizdən də, istifadə etmək imkanlarımız və fürsətlərimiz var. Azərbaycan Dəmir Yolları kifayət qədər bununla bağlı, çoxlu işlər görüb. Yeni təmir işləri görülür, yeni xətlər çəkilir. Bakı-Tbilisi-Qarsın yenidən istifadəyə verilməsi, Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyətinin uğurudur. Azərbaycan ən azından bölgəmizin yeni logistik mərkəzinə çevrilməsi üçün çalışır. Azərbaycan bunun üçün iqtisadi olaraq, coğrafi olaraq, infrastruktur olaraq kifayət qədər böyük potensiala malikdir. Bu, potensialın reallaşdırılması, Azərbaycanın bir tək pranzit gəlirlərini artırmayacaq. Azərbaycan şirkətlərinə yeni ticari əhəmiyyətlər yaradacaq".
Nigar Səmədli
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu