"20 Yanvar" metrostansiyasının təhlükəsizliyi, yoxsa işsiz qalan insanlar?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:54 30.08.2024
20 Yanvar Metrosunun yeraltı keçidlərində mağazalar fəaliyyətini dayandırıb. Bəs bu mağazaların bağlanmasına səbəb nədir?
Sözü gedən məsələylə bağlı iqtisadçı ekspert Fuad İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, 20 Yanvar Metrosunun təhlükəsizliyi ilə bağlı çatışmazlıq vardı:
"Bu hadisəni iqtisadi yöndən qiymətləndirsək, bu qədər insanın işsiz qalmağı ortaya çıxır. Metroda fəaliyyət göstərən mağazaların sahiblərinin hər biri ən azından qeydiyyatdan keçib, vergi ödəyən sahibkarlardır. Bu gün onların vergi ödəyə-ödəyə işsiz qalmağı arzuolunmaz haldır. Yaxşı olardı ki, bu sahibkarlar ya alternativ ərazidə yerləşdirilsin və ya keçiddə təhlükəsizlik qaydalarını gücləndirməklə mağazalar geri qaytarılsın. Çünki illərlə fəaliyyət göstərən, öz müştəri bazasını toplayan sahibkarların uzaqlaşdırılması məqsədəuyğun hesab olunmur. Hər bir halda bunlar da iqtisadiyyatımızın bir parçasıdır".
İqtisadçı onu da qeyd edib ki, ən kiçik mikro sahibkarlıq uğrunda belə mübarizə aparılmalıdır. Onların iş mühitinin dayanıqlı qalması üçün şərait yaradılmalıdır.
İlahə Həsənova
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu