Rusiya Qara dənizdə Misirə gedən taxıl gəmisini vurub

Bölmə: Dünya › ,
Tarix: 19:29 12.09.2024

Ukraynadan Misirə gedən taxıl gəmisi Qara dənizdə Rusiya raketi ilə vurulub. Kiyev Hərbi Dəniz Qüvvələri gəminin Rumıniya sularında hədəf alındığını açıqlasa da, Rumıniya bu məlumatı təkzib edib. Ukraynanın xarici işlər naziri Sybiha Rusiyanın "təkəbbürlü" hücumunun naviqasiya azadlığını və qlobal ərzaq təhlükəsizliyini pozduğunu bildirib.

 

Moskva-Kiyev xəttində toqquşmalar şiddətlənərkən Rusiya dənizdən yeni hücuma keçdi. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya raketinin Misir bayrağı altında taxıl daşıyan mülki gəmini vurduğunu açıqlayıb.

 

Zelenski gəminin Ukrayna ərazi sularını tərk edərək Misirə getdiyini bildirib .

 

Reuters xəbər agentliyi gəminin Qara dənizdə Dunay çayı yaxınlığında Rumıniya sularında vurulduğunu bildirib. Ukrayna Hərbi Dəniz Qüvvələri də öz bəyanatında taxıl gəmisinin vurulduğu zaman Ukrayna sularında olmadığını təsdiqləyib. Hərbi Dəniz Qüvvələrinin sözçüsü Reuters agentliyinə bildirib ki, Rusiya hücumda TU-22 raketlərindən istifadə edib. 

 

Lakin Rumıniya Hərbi Dəniz Qüvvələri gəminin vurulduğu zaman Rumıniya sularında olmadığını bildirib. 

 

Ukraynanın xarici işlər naziri Andrii Sybiha Rusiyanın "təkəbbürlü" hücumunun naviqasiya azadlığını və qlobal ərzaq təhlükəsizliyini pozduğunu bildirib.

 

Ukrayna lideri Zelenski sosial mediada verdiyi açıqlamada hadisə zamanı heç bir insan itkisinin olmadığını bildirib.

 

Yazısına davam edən Zelenski, Ukraynanın Afrika və Yaxın Şərq ölkələrinə ərzaq daşımalarının vacib olduğunu ifadə edərək, "Limanlarımızı, Qara dənizi və qlobal bazarlara ərzaq ixracatımızı qorumaq üçün səy göstərməyə davam edəcəyik. Taxıl və ərzaq təhlükəsizliyi təmin edilməlidir heç vaxt raketlərin hədəfi olmamalıdır”.

 

 

Mənbə:NTV HABER

Elnurə Kərimova