Livandan atılan raketlər İsrailin şimalında yanğına səbəb olub

Bölmə: Dünya › ,
Tarix: 19:59 12.09.2024

Livandan İsrailin şimalına atılan raket hücumu nəticəsində Qərbi Qaliley bölgəsində yanğın baş verdiyi bildirilib.

İsrailin Kanal 12 televiziyasında yayımlanan xəbərdə Livandan Livan sərhədinə yaxın İsrail yaşayış məntəqələrinə 15 raket atıldığı bildirilib.

 

Qərbi Qaliley bölgəsində iki yerdə baş verən yanğına yanğınsöndürmə briqadasının müdaxilə etdiyi və yanğınlarda ölən və yaralanan olmadığı qeyd edilib.

 

Raket hücumları səbəbindən İsrailin Livan sərhədinə yaxın ərazilərində sirenlərin çalındığı da bildirilib.

Hizbullahın verdiyi açıqlamada bir İsrail hərbi nöqtəsinin vurulduğu açıqlanıb.

 

Qəzzəyə edilən hücumlardan sonra 8 oktyabr 2023-cü il tarixindən etibarən Livandakı Livan və Fələstin qrupları, xüsusilə Hizbullah ilə İsrail ordusu arasında "Mavi xətt" üzərində qarşılıqlı qarşıdurmalar davam edir.

 

Livan Səhiyyə Nazirliyinin avqustun 22-də açıqladığı hesabata görə, İsrailin hücumları nəticəsində oktyabrın 8-dən Livanda 436-sı Hizbullah üzvü olmaqla 564 nəfər ölüb, 1848 nəfər yaralanıb. Hücumlar nəticəsində 110 mindən çox livanlı didərgin düşüb.

 

 

Mənbə:CNN TÜRK

Elnurə Kərimova