Əkizlərin xarakter və hisslərinin eyni olması doğrudurmu? -RƏY
Bölmə: Sosial › ,Tarix: 12:25 30.09.2024
"Əkizlər nə qədər cüt doğulsalar da yenə də bir-bir doğulur. Aralarındakı saniyə, bəzən də dəqiqə sonrakı doğum onları fərqli olduğunu vurğulayır".
Bu sözləri "informator.az"a danışan psixoloq Samirə Bağırova söyləyib. Onun sözlərinə görə, eyni yumurta əkizlərinin fərqli yumurta əkizlərindən fərqi odur ki, birincilərin intuisiyaları daha dərin inkişaf etmiş olur:
"Belə ki, 9 ay ana bətnində eyni yumurtada bir-birinə toxunaraq, inkişaf prosesini hiss edərək, birlikdə yol qət etdikləri üçün, fərqli məkanlarda olsalar belə, bir-birini hiss etmiş ola bilirlər. Hətta öz aralarında özlərinə məxsus dildə danışa bilirlər ki, ətrafdan kimsə onları anlamır. Onların zövqləri, davranışları eyni kimi görünsə də, nadir halda yüzdə-yüz təkrarlanır. Çünki nə qədər çox bənzərlik olsa belə, hər hansısa bir nöqtədə onları fərqli edən cəhətlər özünü büruzə verir. Ruh əkizi olsalar da, beyin neyronları fərqli çalışır. Bu da hər birinin ayrıca bir fərd olduğunu bir daha göstərir. Adətən biri daha pozitiv, çılğın, hərəkətli, digəri isə tam onun əksi olur ki, bu da balans yaradır. Bəzi hallarda şüuraltı təqlid ola bilir. Mütləq bir tərəf digər tərəfin məsuliyyətini üzərinə götürür".
Psixoloq əlavə edir ki, fərqli yumurta əkizlərinin fərqliliklərini isə aydın şəkildə sezmək mümkündür:
"Hətta aralarında soyuq münasibət olan əkizlər də var. Yaxud bacı - qardaş əkizlərinə diqqət etsək tamamilə fərqli iki fərd görmüş oluruq. Heç bir əkizlər onlara eyni şəkildə yanaşma münasibətini sevmirlər. Psixoloji aspektdən də qeyd olunur ki, əkizlərə eyni geyim almaq, ikisinə bir şəxs kimi yanaşmaq olmaz. Hər birinin ayrı- ayrılıqda dostları, fərqli seçimləri, zövqləri olmalıdır. Əkizlər deyil, adları ilə müraciət etməklə, özlərini ayrıca bir şəxsiyyət kimi hiss etməsinə kömək olur. Valideynlər əkizlərin şəxsi individuallığına sahib olmalarına dəstək olmalıdırlar".
Nigar Səmədli
“Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə QHT-lər üçün elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinin “COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihəsi çərçivəsində 1 saylı Bakı Tibbi Kollecinin bir qrup tələbələrinin Şirvan Milli Parkına infoturu təşkil edildi.
İsraildə hərbi sənədlərin sızması ilə bağlı qalmaqal var: məhkəmə Netanyahunun köməkçisini ittiham etdi
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu