Müəllimlər niyə bölgələrdə işləmək istəmirlər? -RƏY

Bölmə: Sosial › ,
Tarix: 09:47 02.10.2024

Təhsillə bağlı illərdir həllini gözləyən məsələ müəllim çatışmazlığıdır. Bu, bir çox bölgədə müşahidə olunan ciddi bir problemdir. Son 3 ildə iki mindən artıq vakant müəllim yerini namizədlər sevməyib.

 

Bəs, bunun əsas səbəbləri nədir və həlli üçün hansı tədbirlər görülməlidir?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında Elçin Əfəndi bildirib ki, hər il mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu imtahanları keçirilir:

 

"Bu imtahanlarda müvafiq müsabiqə şərtlərini ödəyən namizədlər vakant yerlərin seçimində iştirak edirlər. Burada da ən çox biz onu müşahidə edirik ki, əksəriyyət paytaxt və paytaxta yaxın ərazilər üzrə məktəbləri seçməkdə maraqlı olurlar. Amma bölgədəki təhsil müəsisələrini seçən təhsilverənlərin sayı olduqca azlıq təşkil edir və bəzi hallarda isə biz baxırıq ki, əsas fənn müəllimləri bölgələrdə vakant yerləri seçmədikləri üçün çatışmazlıq yaranır. Bu isə təhsil alanların ümumi təhsil göstəricilərinə müəyyən əsas problemlərlə bağlı bilik və bacarıqlarının vərdişlərinin formalaşmamasına gətirib çıxarır".

 

Ekspertin fikrincə, müəllimlərin bölgələrdə işləməsi istiqamətində həvəsləndirici xarakterli addımlar atılmalıdır:

 

"Hazırda H1və H2 əmsalı üzrə həvəsləndirici əməkhaqqı məsələsi də nəzərə alınır. Məsələn H1 əmsalında 20 km-ə qədər rayon mərkəzindən uzaq olan təhsil müəsisəsində çalışan müəllimlərə 60 manat əlavə əməkhaqqı təyin olunubsa, H2 əmsalında bu 160 manat hesablanır. Bu məbləği biz bir qədər qaldırmalıyıq. Yəni ən azı H1 əmsalında 100-150 manat, H2 əmsalında isə 200-250 manat həddinə qədər artırılması vakant yerlərin seçiminə təkan verə bilər. Həmçinin müəllimlər üçün əlavə imtiyazlar tanınarsa, yəni ən azı ev ilə təminat o cümlədən torpaq sahəsi ilə təminat, kommunal xidmətlərdən azad olunma və s. bu kimi imkanlar tanınarsa, bu zaman vakant yerlərin seçimi mümkün ola bilər. Paytaxta ona görə üstünlük verirlər ki, orada gəlir qazanmaq, yaşam şərtləri daha uyğundur. Bölgələrdə isə biraz bu məsələlər olmadığına görə və eyni zamanda əməkhaqqı məsələsi qane etmədiyi üçün imtina edirlər".

 

Mehriban Nəsibova



Bölmədən digər xəbərlər
“COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihə çərçivəsində Şirvan Milli Parkına infotur təşkil olundu
“Gənclərə Qayğı” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə QHT-lər üçün elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinin “COP29: Azərbaycanın iqlim hərəkatı təşəbbüsləri” adlı layihəsi çərçivəsində 1 saylı Bakı Tibbi Kollecinin bir qrup tələbələrinin Şirvan Milli Parkına infoturu təşkil edildi.