Taliban barədə qərarın “ən yüksək səviyyədə” qəbul edildiyi qeyd edilib

Bölmə: Dünya › ,
Tarix: 21:40 04.10.2024

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Talibanın terror təşkilatları siyahısından çıxarılmasına dair qərarın “ən yüksək səviyyədə” qəbul edildiyi qeyd edilib.

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarıb. Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Talibanın terror təşkilatları siyahısından çıxarılmasına dair qərarın “ən yüksək səviyyədə” alındığı açıqlanıb. Qərar hüquqi prosedur həyata keçirildikdən sonra qüvvəyə minəcək.

Rusiya prezidenti Vladimir Putin iyul ayında verdiyi açıqlamada Talibanın terrorla mübarizədə müttəfiq olduğunu bəyan edib.
Rusiya Əfqanıstanda ABŞ-ın rəhbərlik etdiyi xarici qoşunların 20 ildən sonra ölkədən çıxarılmasından sonra hakimiyyətə gələn Talibanla münasibətləri yaxşılaşdırır.

Hələ heç bir ölkə Taliban administrasiyasını rəsmən tanımasa da, Çin və Birləşmiş Ərəb Əmirlikləri Taliban administrasiyasının təyin etdiyi səfirlikləri öz ölkələrinə qəbul edib.
Rusiya 2003-cü ildə Talibanı terror təşkilatları siyahısına əlavə edib. Rusiyanın “Taliban”ı terrorçular siyahısından çıxarmaq qərarı Moskva ilə Kabil arasında münasibətlərin normallaşması istiqamətində müsbət addım kimi qiymətləndirilir.

Mənbə: Hürriyet
Zəhra Məmmədova