Bayden İsrailin cavab zərbəsinin məqsədləri ilə bağlı sualı cavablandırıb
Bölmə: Dünya › ,Tarix: 22:55 04.10.2024
İsrail hakimiyyəti hələ ki, İrandakı hansı hədəflərə cavab veriləcəyinə qərar verməyib. TASS xəbər verir ki , bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Co Bayden deyib.
“İsrail İranın hərəkətlərinə cavab olaraq nə edəcəyinə hələ qərar verməyib, bu müzakirə olunur. Mən onların yerində olsaydım, neft yataqlarına hücumdan başqa alternativlər barədə düşünərdim”, - deyə dövlət başçısı müvafiq sualı cavablandırıb.
O vurğulayıb ki, İsrail özünə qarşı təhdidlərə cavab vermək hüququna malikdir. Prezident həmçinin İsrail hakimiyyətinə mülki əhalinin tələfatının qarşısını almaq üçün ehtiyatlı olmağı tövsiyə edib.
İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali bir müddət əvvəl İranın İsrailin növbəti “çılğın hərəkətinə” daha sərt cavab verəcəyini bildirmişdi . Diplomat həmçinin İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini tənqid edərək, onu “bir süzgəc kimi sızdıran” adlandırıb.